İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Avqustun 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.