AZ

Zaur Həşimov: Rəqibin hansısa sürpriz edəcəyini düşünmürəm

ain.az bildirir, sport24.az portalına istinadən.

"Qarabağ" səfərdə "Ferentsvaroş"a qalib gələrək bir daha böyük komanda olduğunu göstərdi. Komandamız məzmunlu oyunla böyük güc sərf edərək hesabda geridönüş etdi. Bütün futbolçular möhtəşəm çıxış etdi. Musa Qurbanlının son nöqtəni qoymasını xüsusi qeyd edərdim". Bu sözləri Sport24.az-a açıqlamasında  Zaur Həşimov deyib.

Veteran futbolçu "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirdiyi oyunu şərh edib:"Macarıstandan qələbə ilə qayıtmaq böyük üstünlükdür. "Qarabağ" evdəki oyuna 2 top fərqi ilə öndə çıxacaq. Bakıda ən azı bu hesabı qorumaq lazımdır. Düzdür, futbolda gözlənilməz nəticələrin şahidi olmuşuq, amma rəqibin hansısa sürpriz edəcəyini düşünmürəm. Yenə də cavab matçının bitməsini gözləməliyik. İllərdir Ağdam təmsilçisi hesabdan və rəqibdən asılı olmayaraq, hətta səfərdə belə öz oyun üslubuna sadiq qalır. İnanıram ki, "Ferentsvaroş"la cavab matçında da bunun şahidi olacağıq".Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə "Ferentsvaroş"a 3:1 hesabı ilə qalib gəlib. Tərəflər arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
sport24.az

2Mənbələr