AZ

Zelenski Moskvada görüşməyə razı olmayacağını bildirib

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampla Moskvada üçtərəfli görüş keçirməyə razı olmayacağını bildirib.

Ucnoqta.az xəbər verir ki, jurnalistlərlə görüşdə Zelenski belə görüş üçün mümkün yerlər arasında Avstriya, İsveçrə və ya Türkiyəni göstərib.

“Moskvada heç bir görüş ola bilməz”, - deyə Zelenski bildirib.

"Bir məkan kimi Budapeştə gəlincə, mənə elə gəlir ki, bu gün asan deyil. Düzünü desəm, Budapeşt bizi dəstəkləmədi", o əlavə edib.

Seçilən
4
ucnoqta.az

1Mənbələr