AZ

Baş idarə rəisi təyin edilən polkovnikə Heydər Əliyev təqaüd vermişdi VİDEO

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, gömrük xidməti polkovniki Ülvi Zülfüqarov Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi təyin edilib.

"Unikal"ın məlumatına görə, Zülfüqarov Ülvi Vaqif oğlu 2001-ci ildə ali məktəblərə qəbul imtahanlarında ilk ən yüksək göstəricilər sırasında olmaqla Prezident təqaüdünə layiq görülüb. 

O, ali məktəbə qəbul imtahanında 691,25 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. 2005-ci ildə həmin fakültənin bakalavr pilləsini, 2008-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2009-cu ildən gömrük orqanlarında xidmətə başlayıb. Yeni vəzifəyə təyin edilənədək Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi olub.

2001-ci ildə Prezident Administrasiyasının binasında Ulu öndər Heydər Əliyevin yüksək bal toplayan tələbələrlə görüş olub. Həmin görüşdü Ülvi Zülfüqarov da iştirak edib. 

Anar Kəlbiyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
unikal.az

1Mənbələr