AZ

Hövsanda 31 yaşlı kişi qətlə yetirilib

Bakıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Suraxanı rayon prokurorluğundan Referans -a verilən məlumata görə, avqustun 20-də Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Rasim Lariyonovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1975-ci il təvəllüdlü Emil Hüseynovun aralarında baş vermiş mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rasim Lariyonovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Seçilən
41
9
referans.az

10Mənbələr