AZ

Azərbaycanın xarici bazarlara nar ixracatı 37,7% artdı

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan4,298.7 min dollar dəyərində 5,027.3 ton nar ixrac edilib.

Qeyd olunan dövrdə nar ixracatı həcm olaraq 37,7%, dəyər olaraq 31,7% artıb.

Ölkəmizdə intensiv nar bağlarının salınması dövlət tərəfindən subsidiyalaşdırılır.

İntensiv nar bağları dedikdə Qarabağ, Şərqi Zəngəzur, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan, Gəncə-Daşkəsən və Dağlıq Şirvan iqtisadi rayonlarında vahid ərazidə salınan və sahəsi azı 3 hektar olan və 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar nəzərdə tutulur.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınmış intensiv nar bağlarının hər hektarına görə dövlət tərəfindən 3000 manat subsidiya verilir.

Seçilən
43
7
teleqraf.com

8Mənbələr