Ağdərədə yanğın baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdərə rayon mərkəzinin dağlıq ərazisində yanğın başlayıb.
Yanğın baş verən əraziyə FHN-nin yanğınsöndürən briqadası cəlb edilib.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.