AZ

TƏCİLİ! Əhaliyə XƏBƏRDARLIQ... Bu tarixdən...

Avqust ayı hər zamankı kimi intensiv istilərlə davam etməkdədir.   Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılovun mətbuata açıqlamasına görə,  Avqustun 3-cü ongünlüyü isə keçid dövrünə yaxın olduğu üçün dəyişkən hava kütlələri üstünlük təşkil edəcək. Meridianal proseslər, şimaldan daxil olan hava kütlələri üstünlük təşkil edərsə, yağıntı müşahidə olunacaq. Bu zaman dağlıq və dağ ətəyi zonalarda sel hadisələri və daşqın nəticəsində çaylarda suyun səviyyəsi arta bilər.


Ümumilikdə Azərbaycanda istilər nə qədər davam edəcək? Hansı tarixdən etibarən hiss olunacaq dərəcədə hava temperaturu dərəcəsinin aşağı düşəcəyi pronozlaşdırılır?


Mövzuyla bağlı "Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosu"nun direktoru Gülşad Məmmədova REFERANS-ın suallarını cavablandırıb.




"Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosu"nun direktoru bildirib ki, ölkə ərazisində müşahidə olunan hava şəraiti yaxın günlərdə davam edəcək. Avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu əsasən yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək və havanın maksimum temperaturu 30°-35° dərəcə isti olacağı gözlənilir.



"Lakin avqustun 21-i gündüzdən 22-si gündüzədək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Bunun nəticəsi olaraq isə istilik refreksinin bir qədər azalması müşahidə olunacaq", - deyə Gülşad Məmmədova əlavə edib.


Ləman Xalıqova

Referans.az  

Seçilən
10
referans.az

1Mənbələr