AZ

Azərbaycana potensial radioaktiv dondurulmuş krevetkalar idxal edilir? - RƏSMİ CAVAB

ABŞ Ərzaq və Dərman İdarəsi (FDA) əvvəllər İndoneziyanın "BMS Foods" şirkəti tərəfindən istehsal edilən "Great Value" dondurulmuş krevetka partiyalarında sezium-137 aşkar edib. İzotop ABŞ-nin bir neçə limanında krevetka qablaşdırılan konteynerlərdə olub.

Potensial çirklənmiş partiyalardan olan krevetkalar Texas, Florida, Missisipi, Luiziana və Pensilvaniya da daxil olmaqla 14 ştatda satışa çıxarılıb. "Walmart" bu krevetkaları alanlara ödədikləri pulu geri qaytaracağını vəd edib və məhsulu mağazaya qaytarıb.

Qeyd edək ki, sezium-137 izotopu insanlarda xərçəng riskini artıra bilər.

Maraqlıdır, bəs görəsən, ölkəmizə İndoneziyadan dondurulmuş krevetka idxal olunurmu?

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, sözügedən istehsalçıya məxsus məhsullar İndoneziyadan ölkəmizə idxal edilməyib:

"Mediada ABŞ-də radioaktiv dondurulmuş krevetkaların geri çağırılması ilə bağlı yayılan məlumat əsasında AQTA tərəfindən müvafiq araşdırmalar aparılıb. Bildiririk ki, sözügedən istehsalçıya məxsus məhsullar İndoneziyadan ölkəmizə idxal edilməyib.

Qeyd edək ki, ölkəmizə idxal edilən qida məhsulları riskəsaslı yanaşma tətbiq edilməklə, keyfiyyət və təhlükəsizlik göstəriciləri, o cümlədən radionuklidlər üzrə ən müasir metodlarla laborator sınaqlara cəlb edilir".

E-saglam.az 

Seçilən
20
3
e-saglam.az

4Mənbələr