AZ

Zelenski: “Putinlə Moskvada heç vaxt görüşməyəcəyəm!”

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüşün yalnız Avropanın neytral ölkələrində keçirilə biləcəyini bildirib.

Editor.az xəbər verir ki, O, bu məqsədlə İsveçrə, Avstriya və Türkiyənin uyğun variant ola biləcəyini vurğulayıb.

“Çünki müharibə Ukraynada və Avropa qitəsində gedir. Biz belə variantlarla razıyıq. Türkiyə – NATO ölkəsi, Avropanın bir hissəsidir və biz etiraz etmirik. Şərtsiz görüş Ukrayna tərəfinin proaktiv mövqeyidir. Amma Moskvada görüş ola bilməz”, – deyə Zelenski jurnalistlərə açıqlamasında bildirib.

Macarıstanda mümkün görüş məsələsinə gəlincə, Ukrayna lideri bu variantı “asan olmayan” seçim adlandırıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
2
editor.az

1Mənbələr