“Neftçi”nin Ramil Şeydayevlə bağlı planı bəlli olub.
İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik millimizin oyunçusundan maaşının azaldımasına razı olmağı tələb edir. Əgər hücumçu bu təkliflə razılaşsa, adı PFL-in iştirak ərizəsində daxil ediləcək.
Əks təqdirdə Şeydayev kənarda qalacaq. Baş məşqçi Samir Abasov da futbolçuya bu məlumatı verib. Təcrübəli hücumçu yalnız maaşının azaldılmasına razı olarsa, “Neftçi” formasını geyinə biləcək.
Xatırladaq ki, hücumçu komandada ən çox qazanan futbolçulardan biridir. Onun illik əmək haqqısının 550 min dollara yaxın olduğu bildirilir.