AZ

Əsərlərinin nəşri qadağan olunan, şair əri ilə birlikdə Romaya qaçan dissident yazıçı

21 avqust slovak yazıçı, publisist, tərcüməçi və ictimai xadim Hana Poniskanın anım gündür.

Kulis.az bu münasibətlə ədəbinin həyatı və yaradıcılığı ilə bağlı maraqlı faktları təqdim edir.

Hanna Poniska ölkəsinin ədəbi və ictimai həyatında mühüm rol oynayıb.

O, həmçinin Çexoslovakiyada dissident hərəkatının fəal simalarından biri kimi tanınır.

Poniska 1922-ci ildə anadan olub.

1944-cü ildə Slovakiya milli qiyamında iştirak edib. 1948–1950-ci illərdə əri, şair Stefan Jari ilə Romada yaşayıb.

Vətənə döndükdən sonra “Smena na nedeľu” jurnalında ədəbi redaktor kimi çalışıb.

1956–1977-ci illərdə Yazıçılar Birliyinin üzvü olub.

1968-ci ildə Varşava Paktı qoşunlarının Çexoslovakiyaya hücumuna etiraz etdiyi üçün işindən uzaqlaşdırılıb.

1972-ci ildə isə “Smena” qəzetindən çıxarılıb. 1977-ci ildə Çexoslovakiya Yazıçılar Birliyi qurultayında mədəniyyət siyasətini tənqid edən çıxışı qəbul olunmasa da, protokola salınıb.

Bunun ardınca Birlikdən xaric edilib və əsərlərinin nəşri qadağan olunub.

Həmin il o, Vatslav Havel və digər ziyalılarla birlikdə “Xartiya 77” İnsan Haqları Manifestini imzalayıb.

1989-cu ilə qədər fəal dissident kimi fəaliyyət göstərib.

1989-cu ilin avqustunda Sovet işğalının ildönümündə mitinq təşkil etdiyi üçün həbs edilib, lakin Məxməri inqilabdan sonra azadlığa buraxılıb.

1990-cı ildə Xristian Demokratik Hərəkatının qurucularından biri olub.

Hana Poniska uşaqlar üçün roman və hekayələrin, həmçinin yetkinlər üçün film ssenarilərinin müəllifidir. İtaliya, Fransa, Macarıstan və Almaniya ədəbiyyatından bir sıra əsərləri slovak dilinə tərcümə edib.

“Çex Respublikası qarşısındakı xidmətlərinə görə” 1-ci dərəcəli medal (1996), Ludovit Ştur ordeni, 1-ci dərəcə (2002) onun mükafatları sırasındadır.

“Abelovsky dom” (1959), “Prist, odisť” (1964, hekayələr), “Bosymi nohami” (1968, hekayələr), “Janko Novak” (1974), “Lukavicke zapisky” (1989), “Milan Rastislav Stefanik” (1990) növ əsərləri isə yaradıcılığına dair nümunə kimi təqdim etmək olar.

Poniska 2007-ci ildə vəfat edib və doğulduğu Haliç kəndində dəfn olunub.

Seçilən
32
1
kulis.az

2Mənbələr