AZ

"Neftçi" adını siyahıya salmadığı əcnəbiyə şərtini açıqladı - Get, danış…

«Neftçi» cari ilin əvvəlində «Baltika»dan icarəyə götürdüyü və adını indi iştirak ərizəsinə salmadığı Aleks Fernandesə yeni şərt irəli sürüb.

Razılaşma üzrə 2025-ci ilin sonunadək «ağ-qaralar»ın formasını geyinməli olan braziliyalı məxsus olduğu klubla danışıqlar aparmaqdır.

Bakılıların məqsədi iştirak ərizəsində artıq yer tutulmasının qarşısını almaqdır. Adıçəkilən yarımmüdafiəçinin icarə kontraktı qışda bitəcəyindən, klubda mövsümün ikinci yarısıyla bağlı narahatlıq var.

Odur ki, «sambaçı» Kalininqrad təmsilçisi ilə görüşüb, buradakı gələcək taleyinə aydınlıq gətirməlidir:

«Baltika» ya onun icarə müqaviləsinin daha 6 ay uzadılmasına razılıq verməli, ya da sərbəst agent statusu almasına şərait yaratmalıdır.

«Neftçi» tərəfi düz düşünür: əgər legioner çempionatın gedişində geri qayıdacaqsa, niyə onu Peşəkar Futbol Liqasına sifariş eləyib, iştirak ərizəsində yer sayyını məhdudlaşdırsın?

Cənubi amerikalı yeni mövsümə Azərbaycanda başlamaq istəyir. Yarımmüdafiəçi Polşa toplanışı zamanı özünü yaxşı tərəfdən göstərməyə, məşqçilərin rəğbətini qazanmağa çalışıb.

23 yaşlı vinger şans qazandığı yoxlama oyunlarında fəallığı ilə yadda qalıb. O, funksionerlərlə söhbətində Rusiyaya dönməyi arzulamadığını bildirib.

Ötən mövsümün ikinci yarısını Premyer Liqada keçirən cənubi amerikalı Samir Abasovda yaxşı təəssürat oyatmayıb.

Hazırda düşərgədə 16 legionerin olmasını nəzərə alan çalışdırıcı bu sayı 13-ə endirməyi düşünür. O üzdən Aleks Fernandes hələlik iştirak ərizəsindən kənarda qalıb.

SPORTİNFO.AZ

Seçilən
20
sportinfo.az

1Mənbələr