AZ

Roza Əliqızı futbolçu qazilərlə görüş keçirdi

"Əsgər Ailəsi Cəmiyəti"Vətənpərvərliyin Təbliği İctimai Birliyi, Abşeron Qaziləri Amputat Milli Futbol komandasında görüş keçirdi.

Herbiand.az">Herbiand.az xəbər verir ki, görüş şəhidlərimizin anım xatirəsi ilə açıldı.

Komandanın rəhbəri, Qarabağ qaziləri Elnur Sadıqov  və Fərda Eyyubov çıxış edərək qazilərdən ibarət bu komandanın fəaliyyətindən və uğurlarından  danışdılar.

Ehtiyatda olan zabit Qarabağ qazisi Fərda Eyyubov da qazilərimizdən ibarət yaradılmış futbol komandasının onların həyatına müsbət təsiri olduğunu qeyd etdi. Bildirdi ki, qazilərimiz çox emosional və həssas olduqları üçün hər şeyi içlərinə salır, stres keçirirlər. Amma həm məşq, həm də yarış zamanı bu stresləri ataraq rahatlaşırlar.

Tədbir təşkilatçısı, Qarabağ müharibə veteranı  Roza Əliqızı da çıxışında bu fəaliyyətin uğurlu və ürəkaçan olduğunu dilə gətirdi. Bir çox sahələrdə qazilərimizin asudə vaxtlarını belə səmərəli işlərlə davam etdirmələrini arzuladı.

Roza Əliqızı və komanda rəhbəri Elnur Sadıqov çıxışlarında vətənin azadlığı uğrunda canından keçən, bu yolda ayaqlarını, qollarını, gözlərini, ümumiyyətlə sağlamlığını itirən qazilərimizlə xalqımızın qürur duyduğunu qeyd etdilər.

Komandanın hər bir üzvü Qarabağda zəfərimuz uğrundan sağlamlıqlarını itirən Qarabağ əlilləridir ki, onların arasında həm 92 -ci ilin, həm də 44 günlük müharibənin qəhrəmanları  var.

İndiyədək ərazi bütövlüyümüz uğrunda mübarizə aparıb zəfər yaşadan qazilərimiz bundan sonra Azərbaycan futbolunda uğurlu oyunlar keçirərək Azərbaycan bayrağını yüksəltmək uğrunda mübarizə aparacaqlar.

Komanda hazırda Zəfərin 5 illik yubileyi münasibəti ilə Türkiyənin Ankara şəhərində keçiriləcək yarışa hazırlaşırlar.

Qeyd edək ki, zəfər qazanıb Azərbaycan bayrağını yüksəltmək qazilərimizin alın yazısıdır. Qəhrəmanlarımızın isə yalnız bir istəkləri var, onlara bu yolda sahib çıxıb, maddi və maliyyə dəstəyi vermək.

Çıxışın sonunda qazi komanda rəhbəri Elnur Sadıqov bu görüş üçün Roza Əluqızına hər zaman qazilərin yanında olub,onlara dəstək verdiyi üçün minnətdarlığını bildirmişdir.

Futbolçu qazilər arasında  bu görüş

Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə "Konsitutsiya və suverenlik " ili eyni zamanda Tarixi zəfərin 5 illik yubiley  layihəsi   əsasında keçirildi.



Seçilən
153
6
herbiand.az

6Mənbələr