Montere şəhərində keçirilən RM Sotheby’s hərracında Ferrari markasının yeni avtomobilləri arasında tarixi rekord qeydə alınıb.
AzPost-un məlumatına görə, Ferrari Daytona SP3 modeli iyirmi altı milyon dollara satılıb. Bu, indiyədək yeni istehsal olunmuş Ferrari üçün ödənilən ən yüksək məbləğdir.
Satışdan əldə olunan bütün gəlir Ferrari-nin xeyriyyə təşkilatı Ferrari Foundation-a yönləndiriləcək. Fond əsasən təhsil sahəsində sosial təşəbbüsləri dəstəkləyir.
Daytona SP3 ilk dəfə iki min iyirmi birinci ildə təqdim olunub və cəmi beş yüz doxsan doqquz ədəd buraxılıb. Lakin hərracda satışa çıxarılan model xüsusi olaraq əlavə istehsal edilən “599+1” seriyalı nüsxədir. O, “Tailor Made” proqramı çərçivəsində fərdiləşdirilib və unikal qara-sarı rəng çalarları ilə hazırlanıb.
Avtomobil 6,5 litrlik V12 mühərriki ilə təchiz olunub, səkkiz yüz qırx at gücünə malikdir və yüz kilometr sürətə sadəcə iki tam onda səksən beş saniyəyə çatır. Maksimal sürəti isə üç yüz qırx kilometrdən çoxdur.
Maraqlıdır ki, bu model futbolçu Kriştianu Ronaldunun kolleksiyasında da var, Formula-1 pilotu Şarl Lekler isə Daytona SP3-ü “dünyanın ən gözəl maşını” adlandırıb.
Hərracda digər bahalı satışlar arasında Ferrari F40 LM on bir milyon dollara, dizayner Ralf Lorenin vaxtilə aldığı Ferrari F50 isə doqquz tam onda iki milyon dollara alıcı tapıb. Ferrari LaFerrari Aperta 2017 isə altı tam onda yeddi milyon dollara satılıb.
Digər markalar arasında ən yüksək qiymətə satılan avtomobillər Mercedes-Benz 500 K Special Roadster (1935-ci il) – beş tam onda üç milyon dollar, Duesenberg Model J Torpedo Phaeton – dörd tam onda dörd milyon dollar olub. Bundan başqa, yalnız altı ədəd istehsal olunmuş nadir RUF CTR1 Yellowbird Lightweight isə dörd tam onda üç milyon dollara alınıb.