AZ

Çiy ət yeməyintəhlükələri

Bir çox insanlar restoranlarda çiy ət və ya balıq yeməklərinə üstünlük verir, lakin bu qidalar ehtiyatla seçilməlidir.

Redaktor.az xəbər veirir ki, bu haqda terapevt Olqa Suxareva "Teleqram" kanalında xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, belə yeməklərin təhlükəsizliyinə 100 faiz əmin olmaq mümkün deyil. Burada söhbət təkcə E.coli, salmonella və listerioz kimi bağırsaq infeksiyalarından deyil, həm də parazitlərlə yoluxma riskindən gedir.

Mütəxəssis qeyd edib ki, çiy qırmızı balıq yeməkləri daha az risk daşıyır. Buna baxmayaraq, yalnız sanitar qaydalara əməl edən etibarlı restoranlarda seçim etmək vacibdir. Çiy ət yeməkləri isə daha şübhəli hesab olunur, çünki bu halda parazit qurdlarla yoluxma ehtimalı da artır.

Aytəkin TOFİQQIZI

Seçilən
25
1
redaktor.az

2Mənbələr