Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB - FTX) Azərbaycan vətəndaşı 1989-cu il təvəllüdlü Yadulla Rufullayevi Dağıstanın Yaraq-Kazmalyar keçid məntəqəsində saxlanılması barədə məlumat yayıb.
Yenisabah.az xəbər verir ki, azərbaycanlı şəxs Ukraynaya göndərmək üçün “Rusiya hərbi-sənaye kompleksinin əməkdaşından oğurlanmış” məxfi sənədləri gəzdirib.
Saxlanılan şəxs Ukraynada yaşayan və SBU-nun (Ukrayna Təhlükəsizlik Xidməti - UTX) agenti olan qardaşı, 1981-ci il təvəllüdlü Səbuhi Rufullayevin göstərişi ilə hərəkət etdiyini etiraf edib. Toyuqlu pizza
FSB-nin məlumatına görə, o, sənədləri və mobil telefonu Ukraynaya keçirmək üçün Kurqan vilayətində götürüb.
Qurum 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan “düşmənə yardım” maddəsi ilə cinayət işinin başlandığını açıqlayıb.
FSB həmçinin iddia edir ki, işdə iştirak edən digər şəxslərin müəyyən edilməsi və cinayətin sifarişçilərinin tapılması üçün “əməliyyat-istintaq tədbirləri” həyata keçirir.
Telegram kanalımız