Məktəblərdə şagirdlər arasında zorakılıq, yəni bullinq, dünya miqyasında geniş yayılmış bir problemdir və bəzi ölkələrdə vəziyyət xüsusilə ciddi narahatlıq doğurur.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, süsusilə Yeni Zelandiya məktəblərində şagirdlərin 15%-i tez-tez bullinqə məruz qaldığını bildirir. Eyni zamanda, Asiya ölkələrində vəziyyət daha da kritikdir.
Kamboca, İndoneziya, Vyetnam, Pakistan və Nepalda 12–17 yaş arası şagirdlərin təxminən 70%-i məktəbdə zorakılıq halları ilə qarşılaşıb. İndoneziyada isə bu göstərici 84%-ə çatır və ölkə arasında ən yüksək bullinq nisbəti qeydə alınıb.
Məlumatlar göstərir ki, bullinqin yayılma səviyyəsi ölkələr arasında fərqlidir və bu, sosial, mədəni və təhsil sistemləri ilə sıx bağlıdır.
Mütəxəssislər qeyd edirlər ki, bu problemin həlli üçün hər bir ölkə özünəməxsus siyasətlər və tədbirlər tətbiq etməli, məktəblərdə təhlükəsiz və inklüziv mühitin yaradılmasına ciddi diqqət yetirməlidir.