AZ

İranda silahlı toqquşmalar BAŞLADI Ölənlər var VİDEO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünən Sistan və Bəluçistan əyalətinin Nimruz şəhərində hərbçilərlə etnik bəluçlardan ibarət “Ənsar əl-Furqan” silahlı qruplaşması arasında qarşıdurma baş verib. Bizim.Media “Halvəş” Teleqram kanalına istinadla xəbər verir ki, qruplaşmanın sözçüsü Mövləvi Nəsrullah Bəluç atışma nəticəsində hökumət qüvvələrindən 50-yə yaxın ölən və yaralanan şəxsin olduğunu bildirib.“Ənsar əl-Furqan” nümayəndəsi qarşıdurmanın 9 saat davam etdiyini deyib. O, hökumətə yaxın mediada yayılan “bir neçə silahlının həbs olunduğu” iddiasını təkzib edib.Qruplaşma 6 üzvünün həlak olduğunu təsdiqləyib, lakin əlavə itkilərin və həbslərin olmadığını vurğulayıb. Buna cavab olaraq SEPAH yaydığı bəyanatda 6 silahlının öldürüldüyünü və 2 nəfərin saxlanıldığını açıqlayıb.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
bizim.media

1Mənbələr