AZ

Geciksə, istefa xəbəri qapısını döyəcək

Premyer Liqanın startı göstərdi ki, «Kəpəz» yeni mövsümə hələ hazır deyil.

Çatışmazlıqlar çoxdur.

Birinci növbədə heyətin yetərsizliyini, yeni gələn legionerlərin qənaətbəxş səviyyədə olmamasını qeyd etməliyik.

Yeqor Xvalko pis idi, amma onun yerini tutanlar ondan da pisdir. Dieqo Verdaşkanın yoxluğu bir çox epizodda Adil Şükürovun üzünü qızartdı,

Seleksiya və psixologiya vacib elementdir. «Kəpəz»də bunlar əkisikdir.

Necə yerində olsun, bir şey ki, Adil Şükürov «fokus» göstərmək yolunu tutub.

Fərid Nəbiyevi yarımmüdafiənin sol cinahına çəkən, Məqsəd İsayevi dayaq yarımmüdafiəçisi mövqeyində oynadan baş məşqçi səhvini gec anladı.

Gec anladı deyirik, amma… «Sumqayıt» ilk hissədəki qələbə istəyini fasilədən sonra da gözlər önünə sərsəydi,

«Kəpəz» üç qolun üstünə üç qol da buraxacaqdı.
Yeni gələnlər içində yalnız Kresus Donqonu bəyəndim. Topla becid hərəkət edən, önündəki rəqibi keçə bilən, zərbə anını düzgün seçən biridir.

Otar Aptsiauri və digərləri haqda hələlik xoş sözlər söyləmək olmaz. Hamısı sanki 90 dəqiqə ərzində öz canıyla əlləşdi, nə edəcəyini bilmədi.

Adil Şükürovu çətin günlər gözləyir qabaqda. Nə isə etməlidir.

Amma mütləq etməlidir. Azarkeşlə söz güləşdirməyin yeri deyil indi.

İş görməlidir. Sözdən yox, əməldən ibarət divar qurmalıdır.

Bir gün, bir saat də gecikmədən. Əks halda, istefa elanı ən birinci onun barəsində veriləcək.

ELXAN

Seçilən
4
sportinfo.az

1Mənbələr