AZ

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

  Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək.

Referans  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 
Bildirilir ki, 21-22 avqust tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.

Seçilən
69
36
referans.az

10Mənbələr