AZ

Coratda evdə yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fərdi yaşayış evinin yardımçı tikilisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 180 m² olan yardımçı tikilinin təsərrüfat otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb.

Yardımçı tikilinin qalan hissəsi və fərdi yaşayış evi yanğından mühafizə olunub.

Seçilən
80
12
news24.az

10Mənbələr