Sənəd hazır olduqdan sonra Ermənistan yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirəcək.
“İki sahil” Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, hökumətin yeni Konstitusiyanın qəbulu ilə bağlı gündəliyi var və bu müddət 2027-ci ilə qədər müəyyən edilib.
“Hazırda yeni Konstitusiya layihəsi üzərində işləyirik. O, hazır olanda, yəqin ki, referendum keçirəcəyik. Amma bunun bu prosesə (Azərbaycanla sülh prosesinə) heç bir aidiyyəti yoxdur. Hərçənd strateji baxımdan onun bu prosesə təsiri ola bilər”, - o qeyd edib.
Paşinyan onu da bildirib ki, əgər Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycan arasında imzalanması gözlənilən sülh sazişinin hazırkı Konstitusiyaya zidd olduğuna qərar verərsə, Konstitusiyaya dəyişikliklərlə bağlı təşəbbüslə çıxış etməyə hazırdır.