AZ

Xiyar sortları getdikcə bahalaşır, sentyabrda qiymətlər daha da qalxacaq

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Son bir həftədə ölkədə xiyarın qiyməti kəskin bahalaşıb.

Hazırda Bakıda marketlərdə "yelpənək” xiyar sortunun bir kiloqramı 1 manat 60 - 1 manat 80 qəpik arasında təklif olunur. "Tikanlı” kimi tanınan turşuluq xiyarın isə bir kiloqramı 1 manat - 1 manat 20 qəpik arasında satılır. Satıçılar bunun səbəbini bölgələrdəki hava şəraiti ilə əlaqələndirir. 

Masallı rayon sakini, fermer Anar Abbasov Qaynarinfo-ya açıqlamasında bildirib ki, hazırda turşuluq xiyarın sahədən topdansatış qiyməti 70, hamar xiyar sortu isə 1 manata təklif olunur: 

"Yelpənək” xiyar sortu isə xəstəliklə qarşılaşdı, tağlar vaxtsız öldü. Normalda 13-17 dəfə xiyar yığımı olurdusa, hazırda bu rəqəm 6-7 arasındadır". 

Fermerin sözlərinə görə, bu il xiyar məhsuldarlığı çox aşağı olub:

"Bu səbəbdən xiyar qıtdır. Hələ sentyabr ayında bir az da bahalaşacaq”.

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
1
qaynarinfo.az

3Mənbələr