ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza avqustun 20-də saat 09:30 radələrində Hacıqabul-Horadiz yolunun 24-cü kilometrliyində qeydə alınıb: “Belə ki, Əmirzadə Gündüz Mayis oğlunun idarə etdiyi 54-BN-961 dövlət nömrə nişanlı “VAZ-2107” maşın, Dimitrenko Viktor Mixayloviçin idarə etdiyi 15-BU-998 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki avtomobil sıradan çıxıb, “VAZ-2107”nin sürücüsü - Əmirzadə Gündüz müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.