AZ

İsraill və Suriya nümayəndələri Bakıdakı görüşdə bir araya gələcəklər

İsrail və Suriya 80% mübahisəli məsələlər üzrə razılığa gəliblər və təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Bakı və Parisdə danışıqları davam etdirməyi planlaşdırırlar. Vətəninfo.az xəbər verir ki, bu barədə  Al Arabiya məlumat yayıb.

Görüşün dönüş nöqtəsi Suriyanın Xarici İşlər Naziri Əsəd əl-Şibani ilə İsrail nümayəndə heyətinin Parisdəki görüşü oldu. Tərəflər Suriyanın cənubundakı vəziyyəti və bölgədə sabitliyin gücləndirilməsi tədbirlərini müzakirə ediblər. Görüşlər nəticəsində gərginliyin azaldılması, Suriyanın daxili işlərinə müdaxilədən imtina edilməsi və Əs-Suveydə vilayətində atəşkəs rejiminə nəzarət mexanizmlərinin qorunması barədə razılaşma əldə edilib.

Bu bölgədəki gərginlik 13 iyulda druz və bədəvi qəbilələri arasında baş vermiş toqquşmalardan sonra kəskin artmışdı, yalnız hökumət qüvvələrinin müdaxiləsi ilə dayandırıla bilmişdi.

Tərəflərin müzakirə etdiyi əsas mövzulardan biri 1974-cü ildə bağlanmış qüvvələrin ayrılması razılaşmasının bərpa edilməsi və İsrail qoşunlarının Suriyanın cənubundan çəkilməsi perspektividir.

Qeyd edək ki, iyulun ilk yarısında Suriya Prezidenti Əhməd əl-Şəraanın Bakıya səfəri çərçivəsində Suriya və İsrail nümayəndələri arasında görüş keçirilib. Lakin Əl-Şəraa özü İsrailli nümayəndələrlə görüşməmişdi.

Seçilən
8
veteninfo.az

1Mənbələr