AZ

Azarkeşlər Neymarı hədələdilər

Braziliya “Santos”unun azarkeşləri komandanın məşq bazasına basqın ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Belə ki, fanatlar zəif nəticələrə görə futbolçuları hədələyiblər.

Neymar ön cərgələrdə aqressiv azarkeşlərlə qarşılaşıb. Fanatlar ona və digər oyunçulara zərbə endirməyə çalışıblar.

Qeyd edək ki, “Santos” Braziliya A seriyasının 20-ci turunun son ev oyununda 0:6 hesabı ilə məğlub olub.

Seçilən
10
6
qafqazinfo.az

8Mənbələr