AZ

İxtisas seçiminin nəticələri nə zaman elan olunacaq? - DİM-dən cavab

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri növbəti həftə açıqlanacaq.
 
Bu barədə Moderator.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
 
Bildirilib ki, hazırda müsabiqə nəticələrinin emalı davam edir.
 
"Ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan – Fransız Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və s.) yerləşdirilənlərin, o cümlədən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunanların siyahıları dəqiqləşdirilir.
 
Proses müəyyən qədər vaxt tələb edir. Müsabiqə nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur", - məlumatda qeyd olunub.
Seçilən
5
49
moderator.az

10Mənbələr