AZ

FHN: Sumqayıtda fərdi yaşayış evində baş verən yanğın söndürülüb VİDEO

Bakı, 21 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin Corat qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fərdi yaşayış evinin yardımçı tikilisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 180 kvadratmetr olan yardımçı tikilinin təsərrüfat otağının yanar konstruksiyaları 20 kvadratmetr sahədə və dam örtüyü 30 kvadratmetr sahədə yanıb.

Yardımçı tikilinin qalan hissəsi və fərdi yaşayış evi yanğından mühafizə olunub.

 

 

Seçilən
54
3
azertag.az

10Mənbələr