AZ

 "Qarabağın Həcəri" daxili işlər naziri Vilayət Eyvazova müraciət etdi

  "Qarabağın Həcəri" kimi tanınan  Sabirə Mahmudova  sosial şəbəkələr vasitəsi ilə   Azərbaycan Respublikasının daxili işlər naziri  Vilayət  Eyvazova müraciət edib.


Referans  xəbər  verir   ki, keçmiş  hərbçi  müraciətində  nazirlə  görüşmək  istədiyini  qeyd  edib.


"Azərbaycan respublikasının Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov cənabları.Avqustun 18 -də sizin adınıza göndərdiyim təcili teleqramda,sizin ayın 22 -də Xaçmazda olacaq qəbulunuzda məni dinləməyinizi xahiş etmişdim.Ancaq xahişimə  heç bir reaksiya verilməyib.Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi,məni qəbul etmənizi xahiş edirəm.Umid edirəm ki,dövlətinə və xalqına təmənnasız xidmət edən müharibə qadınının çağrısına cavab verəcəksiniz",-deyə keçmiş döyüşçü bildirib.

 
 Məlumat üçün qeyd edək ki, ixtisasca ingilis dili müəlliməsi olan Sabirə Mahmudova  I Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq döyüşlərə qatılmış,123 saylı alayın hüquq və mühafizə işləri üzrə baş təlimatçısı kimi  bir çox ərazilərdə keçirilmiş əməliyyatlarda iştirak edib.O,həmçinin həmin illərdə  baş  vermiş  siyasi və hərbi proseslərdə  iştirak  etmiş  şəxs  kimi tanınır  

Seçilən
6
referans.az

1Mənbələr