AZ

AEBA və ABŞ gələn həftə İran danışıqları keçirəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələri gələn həftə Vaşinqtonda ABŞ rəsmiləri ilə İranda zənginləşdirilmiş uran məsələsi ilə bağlı danışıqlar aparacaqlar.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Bloomberg” diplomatlara istinadən məlumat yayıb.

Məlumata görə, danışıqlara ehtiyac İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrindən sonra agentliyin İslam Respublikasının zənginləşdirilmiş uran ehtiyatlarını qiymətləndirə bilməməsi səbəbindən yaranıb.

İsrail və ABŞ-ın hərbi əməliyyatından sonra Tehran öz nüvə obyektlərində AEBA-nın təftişini qadağan edib.

Seçilən
27
ucnoqta.az

1Mənbələr