AZ

“Neftçi” iki futbolçunu komandadan uzaqlaşdırdı 

“Neftçi” iki futbolçusunu əvəzedici komandaya göndərdi.

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Samir Abasovun qərarına əsasən, futbolçular – Ramil Şeydayev və Ryonosuke Ohori əsas komandadan kənarlaşdırılıblar. Hər iki futbolçu bundan sonra məşqləri əvəzedici komandada davam etdirəcəklər.

Xatırladaq ki, iki oyunçu da Abasovun planlarına daxil deyil. “Neftçi” Şeydayevlə Ohorini satmaq və ya icarəyə vermək niyyətindədir.

Seçilən
39
idmanxeber.az

1Mənbələr