AZ

Belarus Rusiya ilə raket istehsalının modernləşdirilməsini müzakirə etmək niyyətindədir

Belarus Rusiya ilə raket istehsalının modernləşdirilməsi ilə bağlı növbəti addımları müzakirə etmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko raket istehsalına həsr olunmuş müşavirədə bildirib.

"Mən Rusiya Prezidenti Vladimir Putinlə birlikdə necə hərəkət edəcəyimizlə bağlı, eləcə də təkliflərimiz və ittifaqımız daxilində raket istehsalının modernləşdirilməsi və yaradılması istiqamətində növbəti addımların Rusiya Federasiyası üçün maraqlı olub-olmayacağına dair məsləhətləşmələr aparacağam", - o qeyd edib.

Prezidentin sözlərinə görə, raket istehsalı kimi mürəkkəb sahədə ölkənin nisbətən az təcrübəyə malik olduğunu nəzərə almaq lazımdır. Bu sahə həm də Rusiyanın dəstəyi ilə formalaşıb.

Seçilən
74
50
report.az

10Mənbələr