ABŞ prezidenti Donald Tramp, Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı müzakirələrdən müvəqqəti olaraq uzaqlaşmağı və Rusiya prezidenti Vladimir Putin ilə Ukrayna prezidenti Vladimir Zelenskinin öz aralarında ikitərəfli görüş təşkil etməsinə imkan verməyi planlaşdırır. Bu barədə The Guardian qəzeti, Tramp administrasiyasındakı mənbəyə istinadən məlumat verib.
Mənbənin məlumatına görə, Tramp “gözləmə mövqeyində” qalmağı və belə bir görüşün mümkün olub-olmadığını izləməyi nəzərdə tutur.
19 avqustda ABŞ lideri bildirib ki, Ukraynada müharibənin həlli ilə bağlı bütün qərarları Putin və Zelenski qəbul etməlidir, çünki ABŞ döyüş bölgəsindən çox uzaqdır.