Bakı.Trend:
Baş prokuror MDB-yə üzv dövlətlərin Baş ProkurorlarınınƏlaqələndirmə Şurasının İcraçı katibini qəbul edib
Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, cari ilin 22 avqust tarixində “Ümummilli LiderHeydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”mövzusunda Laçın rayonunda keçirilməsi nəzərdə tutulmuş beynəlxalqkonfransda iştirak etmək məqsədilə MDB-yə üzv dövlətlərin BaşProkurorlarının Əlaqələndirmə Şurasının İcraçı katibi YuriNikolayeviç Jdanovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizəişgüzar səfər edib.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru iləcənab Yuri Jdanov arasında ikitərəfli görüş keçirilib.
Qeyd edilib ki, Baş prokuror Kamran Əliyev qonaqlarısalamlayaraq, MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasınınfəaliyyətinin yüksək qiymətləndirdiyini ifadə edib, qısa müddətərzində ölkəmizə ikinci səfərinin təşkilinin önəmini vurğulayaraq,bunun qurumlarası münasibətlərin yüksək səviyyədə olmasınıngöstəricisi olduğunu bildirib.
Vurğulanıb ki, səmimi qəbula görə təşəkkürünü bildirən YuriJdanov, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovunsalamlarını çatdıraraq, Azərbaycan Respublikası ilə hüquqi sahədəəməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verdiklərini qeydetmiş, Azərbaycan Prokurorluğunun təşkilatın fəaliyyətində aktiviştirakını və verdiyi töhfələri yüksək dəyərləndirib.
"Görüş çərçivəsində MDB-yə üzv dövlətlərin Baş ProkurorlarınınƏlaqələndirmə Şurasının yaradılmasının 30 illiyi münasibətiləyubiley tədbirlərinin təşkili və cari ilin oktyabr ayındaTacikistanda keçiriləcək Şuranın 35-ci iclasına hazırlıq məsələlərimüzakirə edilib"-məlumatda bildirilib.