AZ

Klub prezidentindən iddia: Kvaratsxeliyanın meneceri onu nə ilə hədələyib?

"Napoli"nin prezidenti Aurelio De Laurentiis maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, o, 2025-ci ilin qışında Xviça Kvaratsxeliyanı agentin müqaviləni pozmaqla hədələməsinə görə PSJ-yə satmaq məcburiyyətində qaldığını bildirib.

"Mən Kvaratsxeliyanı satmalı oldum, çünki onun agenti FİFA-nın 17-ci maddəsini (red - müqavilənin birtərəfli pozulması halında kompensasiya ödənişi barədə qayda) tətbiq etməklə hədələyirdi.

Onun ilk, möhtəşəm mövsümündən sonra biz dərhal müqavilənin uzadılması ilə bağlı danışıqlara başladıq, maaşını artırdıq və çox böyük məbləğ təklif etdik. Aydın idi ki, kiçik maaş dünyanın yarısının diqqətini cəlb edəcək və onlar onu qızıla boğmağa hazır olacaqlar.

Amma agenti Mamuka Jugeli özünə və futbolçuya başqa planlar qurmuşdu. O, başqa klubdan böyük komissiya və Xviça üçün ikirəqəmli milyonlarla maaş istəyirdi. Müqavilənin ikinci ilinin sonunda Almaniyada Avropa çempionatı keçirilirdi. Biz məsələni həll etmək üçün Düsseldorfa uçduq, amma Mamuka vaxtı uzadır, guya Qiuntolinin (red - komandanın keçmiş idman direktoru) ona vəd etdiyi pulların ödənilmədiyini iddia edirdi. Bu yalan idi və asanlıqla yoxlanıla bilərdi.

Seçilən
45
publika.az

1Mənbələr