Ermənistanda məhkəmə arxiyepiskop Baqrat Qalstanyanın həbs müddətini daha 3 ay uzadıb.
APA xəbər verir ki, bu haqda məlumatı Ermənistan mətbuatı yayıb.
Qeyd edək ki, Qalstanyan “terror aktına hazırlıq və hakimiyyətin qəsb edilməsi” ittihamı ilə günahlandırılır.
Baş nazir Paşinyan cari ilin may ayınan etibarən kilsəyə qarşı hücumlarını kəskin şəkildə gücləndirmiş, sosial şəbəkələrdə kilsə rəhbərləri haqda tənqidi paylaşımlar etmiş və katolikos seçkilərinin dövlətə tabe edilməsini təklif etmişdi.
Bunun ardınca Ermənistanda bir neçə yüksək rütbəli din xadimi, o cümlədən arxiyepiskoplar Bağrat Qalstanyan və Mikael Ajapahyan, həmçinin kilsəni dəstəkləyən iş adamı Samvel Karapetyan həbs olundular. Onlar hakimiyyətin devrilməsinə çağırışda ittiham edilirlər.