"Bakı Metropoliteni" QSC qatar cütlərinin sayını artıracaq.
Referans xəbər verir ki, Bakı metrosunda qatar cütlərinin sayının 32-dən 34-ə çatdırılması nəzərdə tutulub.
Bu isə o deməkdir ki, metroda pik saatlarda qatarlarası interval azaldılacaq.
Qeyd edək ki, sonuncu dəfə bu ilin may ayında metroda cütlərin sayı 30-dan 32-yə yüksəldilib. Bununla da pik saatlarda qatarlararası interval 1 dəqiqə 52 saniyəyə qədər azaldılıb.
"Cüt qatar” anlayışı – bir saat ərzində müəyyən bir stansiyadan keçən qatar sayını bildirir və bu, infrastrukturun, xüsusən qatarların hərəkət təhlükəsizliyi sisteminin texniki imkanları ilə müəyyən olunur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta