AZ

“Delta Telekom”a kiberhücum olub

Xəbər verdiyimiz kimi, ölkə ərazisində internetlə bağlı problem yaşanır.

XəzərNews.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, internetdə yaranan məhdudiyyətlərin səbəbi “Delta Telekom”a edilən kiberhücumdur:

"Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.

Ölkəyə internet trafiki təqdim edən əsas “backbone” operatorlardan biri olan “Delta Telekom”a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ “backbone” operatorlarının şəbəkəsinə yönləndirilib.

Qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub.

Atılan addımlar nəticəsində “Delta Telekom”a qarşı kiberhücumun qarşısı qısa müddət ərzində alınıb. “Delta Telekom”un xidmətləri bərpa olunub.

Xəbər 30 dəfə oxunub.
Seçilən
51
48
xezernews.az

10Mənbələr