AZ

Nazir Fərid Zeynalovu vəzifəsindən azad etdi – Yeni təyinat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Fərid Zeynalov vəzifəsindən azad edilib.

KONKRET.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə nazir Anar Əliyev müvafiq əmr imzalayıb.

Fərid Zeynalov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) yeni rəhbər təyin edilib.

ETX-nin sabiq rəisi Samir Germanoviç Rəsulov isə müvafiq əmrlə vəzifəsindən azad olunub.

Qeyd edək ki, Samir Rəsulov 2023-cü ilin avqustunda ETX-nin rəisi təyin edilmişdi.

Seçilən
67
8
konkret.az

10Mənbələr