AZ

Ukrayna təhlükəsizlik təminatının hərbi komponenti üzərində fəal işə başlayıb – Ermak

Ukrayna artıq təhlükəsizliyin təmin olunmasının hərbi komponenti üzrə fəal iş aparır. Bu barədə Prezident Aparatının rəhbəri Andrey Ermak öz Telegram kanalında məlumat verib.

Editor.az xəbər verir ki, Ermak bildirib ki, Vaşinqton səfərindən sonra Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, Finlandiya milli təhlükəsizlik müşavirləri, eləcə də Avropa İttifaqı və NATO nümayəndələri ilə ilk genişmiqyaslı koordinasiya danışığını keçirib.

O vurğulayıb ki, liderlərin müəyyən etdiyi prioritetlər çərçivəsində hərəkət edilir və tədbirlər konkret və effektiv olmalıdır ki, gələcəkdə aqressiyanın təkrarı qarşısı alınsın: «Biz «Budapeşt» səhvini və onilliklər boyu deklarativ bəyanatları unutmuruq. Bu gün səhvə yer yoxdur».

//Samir Qurbanov, Editor.az

Seçilən
4
editor.az

1Mənbələr