Türkiyədə Trabzonun sahil bölgəsində yerləşən bir istirahət otelində xoşagəlməz hadisə baş verib.
Bakıvaxtı.az Milli.Az-a istinadən xəbər verir ki, tətil üçün bölgəyə gələn qadın influenser sosial media hesabında paylaşım edərək bildirib ki, otelin çimərliyində yalnız bikini geyindiyinə görə bir çox insan tərəfindən narahat edici baxışlara məruz qalıb və bəzi şəxslər onu gizli şəkildə telefonla çəkiblər.
Fenomen bu duruma səssiz qalmayaraq, həmin şəxsləri sosial şəbəkədə ifşa edib. Paylaşılan görüntülərdə bir neçə kişinin telefonlarını qadına tərəf tutaraq onu lentə aldığı açıq şəkildə görünür. Görüntülər sosial mediada böyük narazılıq yaradıb və istifadəçilər "Geyim deyil, düşüncə dəyişməlidir" sözləri ilə etirazlarını bildiriblər.
Məsələnin ictimailəşməsindən sonra otel rəhbərliyi təhlükəsizlik tədbirlərini gücləndirib və həmin şəxslərin müəyyən olunaraq oteldən çıxarıldığı açıqlanıb. Gənc influenser isə mövzu ilə bağlı belə deyib:
"Sadəcə bikini geyindiyim üçün insana yaraşan baxışlara layiq görülməmək qəbuledilməzdir. Mən yox, bu utancı onlar yaşamalıdır".