Rəsmi olaraq Yer kürəsinin ən yaşlı insanı kimi tanınan Böyük Britaniyadan olan Etel Katerhemin 116 yaşı tamam olub.
Publika.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Nəşrin məlumatına görə, qadın ad günündə mətbuatla ünsiyyətdən imtina edərək, bunu “sakit ailə çevrəsində” keçirməyə üstünlük verəcəyini bildirib.
Katerhem 21 avqust 1909-cu ildə Hempşirdə anadan olub. Onun həyat yoldaşı vəfat edib, iki qızı həyatdadır.
Təqaüdçü mediaya əvvəlki müsahibələrində uzunömürlülüyünün sirrini paylaşmışdı. Onun fikrincə, o, müsbət münasibəti və hər şeydə mülayimlik vərdişi sayəsində belə bir mötəbər yaşa çata bilib.