Tovuz rayonunda yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, yanğın Kür çayının sahilində, Ceyrançöl ərazisində qeydə alınıb.
Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb olunub. Kol-kos və quru otlaq sahəsi yanıb.
Yanğın söndürülüb, yaxınlıqda olan təsərrüfatlar anğından mühafizə edilib.
Faktla bağlı araşdırma aparılır.