AZ

Tovuzda açıq ərazidə yanğın oldu

Tovuzda yanğın olub.

"Unikal"ın məlumatına görə hadisə Kür çayının sahili ərazisində  qeydə alınıb. Sözügedən ərazidə vətəndaşlara məxsus açıq sahədə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4, Ağstafa   Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin isə 1 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı vətəndaşlara məxsus 300 hektara yaxın kol-kos və quru otlaq sahəsi yanıb. Yanğın söndürülüb, əraziyə yaxın vətəndaşlara məxsus  fermalar yanğından mühafizə edilib. Hazırda baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
101
2
unikal.az

10Mənbələr