AZ

"Milan" "Bayer"lə razılığa gəldi

style='margin-bottom:10px;'>

“Milan” və “Bayer” Viktor Bonifeysin icarəsi ilə bağlı şifahi razılıq əldə edib. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Sövdələşməyə görə, İtaliya klubu nigeriyalı hücumçunu 5 milyon avroya icarəyə götürəcək, daha sonra isə 24 milyon avroya transfer hüququnu əldə edəcək.

Bildirilir ki, “Milan” Bonifeyslə 2030-cu ilə qədər müqavilə barəsində də razılığa gəlib. Yaxın günlərdə futbolçunun tibbi müayinədən keçəcəyi gözlənilir.

Qeyd edək ki, Bonifeys 2023-cü ilin yayından “Bayer”də çıxış edir. Onun leverkuzen klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Seçilən
23
4
teleqraf.com

5Mənbələr