AZ

Bakıda avtobus sürməyə namizəd qadınlara təlimlər keçirilir VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda avtobus sürməyə namizəd qadınlara təlimlər keçirilir - VİDEO

Bakıda ictimai nəqliyyatda qadınların rolunun artırılması istiqamətində mühüm addım atılıb.

Avtosfer.az-ın məlumatına görə, paytaxtda sərnişindaşıma sahəsində fəaliyyət göstərən “BakuBus” MMC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi birgə layihəyə start verib. “BakuBus qadınları sükan arxasına dəvət edir” adlı təşəbbüs çərçivəsində qadınların avtobus sürücüsü kimi fəaliyyət göstərməsinə şərait yaradılır.

Artıq layihədə iştirak edən qadın namizədlər praktiki təlimlərə başlayıblar. Bu barədə AYNA-nın yaydığı videoda qeyd edilib. Məlumatda bildirilib ki, təlimlər xüsusi proqram əsasında və peşəkar təlimçilərin nəzarəti ilə birbaşa sükan arxasında keçirilir. Bu mərhələdə namizədlər müxtəlif yol şəraitlərində idarəetmə vərdişlərini inkişaf etdirir, təhlükəli situasiyalarda düzgün manevr və operativ qərarvermə bacarıqlarını təkmilləşdirirlər. Təlimin əsas məqsədi qadın sürücülərin peşəkar, təhlükəsiz və məsuliyyətli idarəetmə qabiliyyətini formalaşdırmaqdır.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
avtosfer.az

1Mənbələr