AZ

Bu, yalan məlumatdır - Həmin boksçudan açıqlama

Paris-2024 Yay Olimpiya Oyunlarında qadınlar arasında keçirilən boks yarışının qalibi olan əlcəzairli İman Xelif karyerasını başa vurması ilə bağlı xəbəri təkzib edib.

“İki sahil” xəbər verir ki, bu barədə Olimpiya çempionu "AFP" agentliyinə danışıb.

"Karyeramı bitirməyimlə bağlı olan xəbərə aydınlıq gətirmək istəyirəm. Bu, yalan məlumatdır. İnformasiyanı yayan şəxs məni təmsil etmir. Boksdan getməmişəm, idmançı karyerama sadiqəm", - deyə o bildirib.

Qeyd edək ki, ötən gün İman Xelifin meneceri Nasser Yesfakh idmançının karyerasını bitirməsi ilə bağlı açıqlama vermişdi.

Seçilən
9
ikisahil.az

1Mənbələr