AZ

“Əvəzedici komandaya göndərilmək belə olmur” - Yusif İmanovun meneceri “Sabah”dan izahat istəyir

İyulun 11-də “feysbuk” hesabında açıqlama yaymaqla “Sabah”la müqaviləsinə birtərəfli şəkildə pozan Yusif İmanov hələ də klubsuzdu. Qəzetimizin ötən sayında bununla bağlı bəzi məqamların sual altında qaldığını, anlaşılmaz olduğunu bildirmişdik. Ümumiyyətcə, Yusifin müqaviləyə birtərəfli şəkildə xitam verməsinin də düzgün olmadığını bildirmişdik. 22 yaşlı qapıçının heyətə salınmaması isə məşqçilərin qərarı idi. Qaranlıq qalan məqamlara aydınlıq gətirmək üçün gənc qapıçının meneceri Emil Əsədovla əlaqə saxladıq: “Vasili Berezutski gələndən sonra Yusifi oynatmamağa başladı. “Sabah” ın ötən mövsüm keçirdiyi son üç oyunda Yusifin adı iştirak ərizəsində yox idi. Oyunçunu oynatmaya bilərsən. Amma məşqlərə çağırmamaq düzgün deyil. Təlim-məşq toplanışı oldu. Klub tərəfindən viza məsələsi həll olundu. Komanda səfərə çıxan gün dedilər ki, Avstriyaya getmirsən. Hansı səbəbdən - heç nə demədilər. Futbolçunu oynatmamaq haqqındı, amma məşq hüququnu əlindən ala bilməzsən. Yusif kluba müraciət etdi və dedi ki, xahiş edirəm, məni toplanışına dəvət edin. İki gün gözlədi, cavab gəlmədi. Yenə məktub ünvanladı. Bir gün sonra cavab gəldi ki, məşqçilər heyətinin qərarı ilə əvəzedicilər heyətinə göndərilmisiz, orda sizə uğurlar və s. Yusif bunun izahını istədi. Azərbaycan futbolunun əsas problemlərindən biri də budu. Müqavilədə bütün klublar qeyd edir ki, məşqçilər futbolçunu əvəzedici komandaya göndərə bilər. Amma belə olmalı deyil. Normalda xəbərdarlıq olur. İki dəfə klub futbolçuya rəsmi müraciət edir. Yusifla bağlı belə xəbərdarlıq yoxdu. Düşünürdü ki, Berezutski gedib, əsas qapıçı olacaq. Amma klub deyir ki, əvəzedici komandaya göndərilmisən. Nə vaxt, niyə? “Selye” ilə oyundan sonra mətbuat konfransında Yusiflə bağlı sual verildi, Dambrauskas da cavab verdi ki, mənlik məsələ deyil, xəbərim yoxdu. Burdan bəlli oldu ki, bu, məşqçinin qərarı deyil. Yusifin ayrılması üçün heç bir səbəb göstərmədilər. Əvəzedici komandaya göndərilmək belə olmur. Yusifin məsələsi 3-4 günə həll olunmalıdı. Ümumiyyətlə, FİFA-da Mübahisəli Məsələlərin Həlli palatası var. AFFA-da bu yoxdu”.
MÜZƏFFƏR QULUZADƏ

Seçilən
84
1
football-plus.az

2Mənbələr