AZ

Siyəzəndə zəlzələ olub

Avqustun 21-də Siyəzən stansiyasından 6 kilometr cənubda - Siyəzəndə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,7 olan zəlzələ yerli vaxtla saat 17:17-də qeydə alınıb.

Ocağının dərinliyi 47 kilometr olan zəlzələ episentrdə 4 bala qədər hiss olunub.

Seçilən
86
1
azerbaijan-news.az

2Mənbələr